Ukrayna: Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarı ədalətə doğru mühüm addımdır

23:35 17 Mart 2023

Ukraynanın baş naziri Denis Şmıqal Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi “ədalətə doğru atılan mühüm addım” kimi qiymətləndirib.

Sitat.info xəbər verir ki, Şmiqal Putinə və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya qarşı hərbi cinayətlər törətdiyinə görə verilən həbs qərarı ilə bağlı açıqlama verib.

BCM-nin bu qərarını “ədalətə doğru atılan mühüm addım” kimi xarakterizə edən Şmiqal: “Putin bu və digər təcavüz cinayətlərinə görə məsuliyyət daşıyır. Terror dövlətinin başçısı məhkəmə qarşısına çıxmalı və Ukraynaya qarşı bütün cinayətlərə görə cavab verməlidir”,- deyə bildirib.

Digər tərəfdən, Ukrayna xarici işlər naziri Dmitro Kuleba Twitter hesabından verdiyi açıqlamada Beynəlxalq Cinayət Məhkəməsinin qərarını təqdir etdiklərini ifadə edərək: "Uşaqların qaçırılması və digər beynəlxalq cinayətlərə görə beynəlxalq cinayətkarlar məsuliyyət daşıyacaqlar",- deyib.

Məğrur

Sitat.info



Xəbər xətti