İranda yenə zəlzələ oldu

13:27 18 Mart 2023

İranda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 22,7 min nəfər əhalisi olan Bəndər-Lingə şəhərindən 48 km şimal-şərqdə yerləşib.

Zəlzələ ocağı 88 km dərinlikdə olub.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.



Xəbər xətti