Nyu-York prokuroru Trampı həbs etməyə hazırlaşır - VİDEO

16:13 18 Mart 2023

ABŞ-ın keçmiş prezidenti Donald Trampın üzərinə məhkəmə buludları yığılmaqda davam edir. Sabiq prezidentin həbs olunmaq təhlükəsi reallaşıb.

Sitat.info xəbər verir ki, ABŞ mediasının məlumatına görə, federal, əyalət və yerli hüquq-mühafizə orqanları eks-prezidentin cinayət işi açıldıqdan sonra həbs olunacağı təqdirdə, artıq təhlükəsizlik tədbirləri planlaşdırır.

Belə görünür ki, Co Bayden administrasiyası Tramp tərəfdarlarının Kapitoliyə basqın etdiyi 6 yanvar 2021-ci il hadisələrinin təkrarlanmasından ciddi şəkildə qorxur.

Vəziyyətin nə qədər ciddi olduğunu “Fox News”in xəbərinə görə qiymətləndirmək olar. Məlumata görə, Nyu-York şəhər prokuroru Donald Trampın həbsinə hazırlaşır.

Qeyd olunur ki, bütün bunlar Trampın Ağ Evə qayıtmasının istənilən şəraitdə qarşısını almaq üçün ona təzyiq alətidir.



Xəbər xətti