Suriya prezidenti Əsəd BƏƏ-yə səfər edib - Konsulluq açılır

11:05 20 Mart 2023

Suriya prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib və həmkarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Sitat.info xəbər verir ki bu, Əsədin Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Körfəz bölgəsinə ikinci səfəri idi.

Suriya prezidenti Əsəd də keçən ay Omanda danışıqlar aparıb. Bu arada Əsəd həyat yoldaşı Esma ilə 10 ildən artıq müddətdə ilk dəfə xaricə gedib. 2018-ci ildə Dəməşq rejimi ilə münasibətlərini normallaşdıran BƏƏ zəlzələdən sonra Suriyaya 100 milyon dollar vəsait ayırıb. Təhlilçilər deyirlər ki, zəlzələdən sonra yaranan diplomatik sürət on ildir davam edən vətəndaş müharibəsinə görə Dəməşqlə normallaşmaya qarşı çıxan ölkələrlə bağlı mövqelərini yumşalda bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti