Səudiyyə Ərəbistanı kralı Salman İran prezidentini ölkəsinə dəvət edib. Çinin vasitəçiliyi ilə iki ölkənin barışmasından sonra gələn dəvətin Rəisi tərəfindən "məmnunluqla qarşılandığı" bildirilib.
Sitat.info xəbər verir ki, İran liderinin ofisindən verilən açıqlamada mümkün səfərin tarixi paylaşılmayıb. Yəməndə qarşıdurma yaşayan Səudiyyə Ərəbistanı və İran martın 10-da Çin vasitəsilə 2016-cı ildə kəsilən diplomatik əlaqələri bərpa edəcəklərini açıqlayıb. Ər-Riyad və Tehranın iki ay ərzində səfirliklərini yenidən açması və Çinin ABŞ-la rəqabət apardığına dair şərhlərə səbəb olan sazişin bir hissəsi olaraq 20 ildən çox əvvəl imzalanmış təhlükəsizlik və iqtisadi əməkdaşlıq sazişlərini qüvvəyə minməsi gözlənilir.
Seymur Bənnayev
Sitat.info