Ukrayna Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Mariupol şəhərinə gözlənilməz səfəri ilə bağlı açıqlamasında: "Putin oğruya yaraşan gecənin qaranlığında Ukraynanın Mariupolunu ziyarət edib",-deyə bildirib.
Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Rusiyanın işğalı altında olan Donbass bölgəsindəki Mariupola qəfil səfəri ilə bağlı açıqlama verib.
Açıqlamada: "Putin bir oğruya yaraşan şəkildə Ukraynanın Mariupolunu gecənin qaranlığında ziyarət etdi",- ifadələri işlədilən səfərin təhlükəsizlik baxımından gec həyata keçirildiyi diqqətə çatdırılıb.
Putinin havanın qaranlığından istifadə edərək dünyaya yalnız öz istədiyini göstərdiyi ifadə edilən açıqlamada: "Ordusunu tamamilə məhv edən şəhəri və sağ qalan azsaylı sakinlərini yad gözlərdən uzaq tutur",-deyə bildirilib.
Qeyd edək ki, Rusiya ötən ilin mayında şiddətli döyüşlərdən sonra Mariupolu ələ keçirib və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyanın Mariupoldakı doğum evini bombalamasını hərbi cinayət kimi qiymətləndirib.
Məğrur
Sitat.info