Afrikanın şərqində Malavi, Mozambik və Madaqaskarda təsirli olan "Freddy" qasırğasında həyatını itirənlərin sayı 522-yə yüksəlib.
Sitat.info xəbər verir ki, Afrikanın şərqində təsirli olan “Freddy” qasırğası səbəbiylə Malavidə 438, Mozambikdə 67, Madaqaskarda 17 nəfər itki ilə cəmi can itkisi 522 nəfərə çatıb. Qasırğadan ən çox zərər çəkən Malavidə minlərlə insan evsiz qalıb, 345 mindən çox insan isə qasırğadan zərər çəkib. Mozambikdə qasırğa səbəbindən 50 min insan evlərini tərk edib.
Qeyd edək ki, “Freddy” qasırğası ilk dəfə fevralın 21-də Madaqaskarı, 3 gün sonra isə Mozambiki vurdu və hər iki ölkədə minlərlə insanı didərgin saldı.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) verdiyi açıqlamada Hind okeanı üzərində 32 gündür davam edən fırtınanın tarixdəki ən uzun fırtına ola biləcəyi bildirilib. "Freddy"-nin son 32 gündə vaxtaşırı zəiflədiyini nəzərə alsaq, rekordların ən uzun fırtınası olaraq bilinən Con qasırğasının 1994-cü ildə 31 gün davam edən Con qasırğası rekordunu qırıb qırmadığını qiymətləndirməyin bir neçə ay çəkəcəyi gözlənilir.
Məğrur
Sitat.info