Ekvadorda 6,5 ​​bal gücündə zəlzələ: 14 nəfər ölüb, 381 nəfər yaralanıb

12:34 20 Mart 2023

Ekvadorun Quayas ştatında 6,5 ​​bal gücündə zəlzələ baş verib. Zəlzələdə 14 nəfərin həyatını itirdiyi, 381 nəfərin yaralandığı açıqlanıb.

Sitat.info xəbər verir ki, Quayas əyalətinin Balao şəhərində baş verən zəlzələ ölkənin digər əyalətlərində və Perunun cənubunda da hiss olunub.

Ekvador mətbuatı zəlzələdə 14 nəfərin öldüyünü, 381 nəfərin yaralandığını açıqlayıb.

Ekvador hökuməti yardım və işlərin koordinasiyalı şəkildə davam etdiyini açıqlayıb.

Hökumətin verdiyi açıqlamada 44 binanın dağıldığı, 90 binaya ziyan dəydiyi bildirilib.

Ekvadorun dövlət başçısı Gilyermo Lasso zəlzələnin episentrinin cənubunda yerləşən Maçala bölgəsində xəstəxanaya yerləşdirilən yaralılara baş çəkib.

Məğrur

Sitat.info



Xəbər xətti