ABŞ Beynəlxalq Koalisiyasının Birgə Xüsusi Hərəkat Komandanlığı İraqın Duhok bölgəsində helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Suriya Demokratik Qüvvələrinin (SDQ) əsas orqanı terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi 9 terrorçuya başsağlığı verib.
Sitat.info xəbər verir ki, Əməliyyat komandanlığının rəsmi Tvitter hesabında SDQ-nin sözdə komandiri Mazlum Abdiyə istinadən qəzada ölən terrorçularla bağlı qeyd edilib və “SDQ birgə qüvvələrimizə və həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu yaxınlarda helikopter qəzasında həyatını itirən qəhrəmanlar. Suriyada təhlükəsizliyi və sabitliyi qorumağa davam etdikcə, onların ölkələri üçün etdikləri fədakarlıqlar unudulmayacaq”.
Qeyd edək ki, İraqın Duhok şəhərində çərşənbə günü axşam saatlarında baş verən qəzada 9 terrorçu ölüb, SDQ qəzadan iki gün sonra verdiyi açıqlamada ölənlərin ABŞ-ın rəhbərlik etdiyi anti-DEAŞ koalisiyasının tərkibində xidmət etdiyini bildirib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən SDQ terrorçularına təlim keçir.
Məğrur
Sitat.info