Bu ölkələr ABŞ, Böyük Britaniya, Polşa, Yunanıstan, Latviya, Litva və Estoniyadır. Bu siyahıda ən çox diqqət çəkən ölkə tam gücü ilə silahlanmağa davam edən Yunanıstandır.
Sitat.info xəbər verir ki, xüsusilə silah alışının partladığı 2021-ci ildə Yunanıstan iki ildir ki, 2 faizlik hədəfə görə ABŞ-ın qarşısında birinci yerdədir. 2021-ci ildə ÜDM-nin 3,70 faizini müdafiə xərclərinə ayıran Yunanıstanda bu nisbət keçən il 3,54 faiz olub. NATO məlumatlarına görə, Türkiyə 2 faizlik hədəfindən uzaqlaşır. 2020-ci ildə 1,86 faiz olan bu nisbət 2021-ci ildə 1,61 faizə, 2022-ci ildə isə 1,37 faizə düşüb. Ötən gün illik hesabatını açıqlayan NATO-nun baş katibi Yens Stoltenberq iyul ayında keçiriləcək sammitdə müttəfiqlərin daha iddialı yeni müdafiə sərmayəsi öhdəliyi ilə bağlı razılığa gəlməsini gözlədiyini söyləyib. 2021-ci ildə müdafiə xərclərinə 1,15 trilyon dollar xərcləyən NATO ölkələrinin bu xərci ötən il 1,17 trilyon dollara yüksəlib.
Seymur Bənnayev
Sitat.info