Türkiyə Aİ Həmrəylik Fonduna müraciət edəcək

13:41 23 Mart 2023

Həftənin əvvəlində Brüsseldə keçirilən Donorlar Konfransından sonra öhdəliklərin ən qısa zamanda həyata keçirilməsi ilə bağlı araşdırmalar davam edir. Bu çərçivədə Türkiyə, danışıqlar aparan namizəd ölkə olaraq faydalanmaq hüququna malik olduğu Avropa Birliyi Həmrəylik Fonduna müraciət etməyə hazırlaşır.

Sitat.info xəbər verir ki, bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə təmaslar aparılsa da, müraciətin aprelin 24-nə kimi təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Fond 2002-ci ildə təbii fəlakətlərə cavab vermək və Avropa daxilində fəlakətdən zərər çəkmiş ərazilərə Avropa həmrəyliyini ifadə etmək üçün yaradılmışdır.

Brüsseldə keçirilən Donorlar Konfransında Türkiyəyə ümumilikdə 6,05 milyard Avro (124 milyard TL) öhdəlik götürülüb. Bunun 1,75 milyard avrosu (35,9 milyard TL) qrantdır. Türkiyə donorların tez bir zamanda aktivləşdirilməsini istəyir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti