Fələstinlilərə Əl-Əqsa qadağası

13:57 23 Mart 2023

İsrail hakimiyyəti Ramazan ayında Qüdsdəki Əl-Əqsa məscidini ziyarət etməyə hazırlaşan fələstinlilərə məhdudiyyətlər qoyub.

Sitat.info xəbər verir ki, İsrail hakimiyyəti Ramazan ayı ərzində fələstinlilərin Məscidül-Əqsaya girişinə müxtəlif məhdudiyyətlər qoyub. 12-55 yaş arası kişilərin cümə namazı üçün ibadət yerinə girməsi qadağan edilərkən, Qəzza zolağı və İordan çayının qərb sahilində blokada altında yaşayan fələstinli olan 50 yaşdan yuxarı qadın və 55 yaşdan yuxarı kişilərin olduğu açıqlanıb.

İslam dünyasının ilk qibləsi olan ibadət ocağında bərpa işləri davam edir. 40 ildən artıqdır Əqsadakı fəhlələrə nəzarət edən memar Bassam əl-Hallaq Amerikanın "New York Times" qəzetinə danışaraq, çətin şəraitdə çalışdıqlarını bildirib. O bildirib ki, İsrail hakimiyyətinin icazəsi olmadan hətta kafel belə dəyişdirilə bilməz.

Digər tərəfdən, İsrail Parlamenti əvvəlki gün İsrail vətəndaşlarının İordan çayının qərb sahilindəki 4 yəhudi yaşayış məntəqəsinə qayıtmasına qoyulan qadağanı ləğv edən tənzimləməni qəbul edib. Qərardan sonra ABŞ dövlət katibinin müavini Vedant Patel bildirib ki, ABŞ dövlət katibinin köməkçisi Vendi Şerman qanunla bağlı narahatlığını İsrail səfiri Mayk Herzoqa bildirib. Qanun layihəsi qüvvəyə minməzdən əvvəl ordu tərəfindən təsdiqlənməlidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti