Putindən nüvə çıxışı: "Cavab verəcəyik"

13:58 23 Mart 2023

Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynanı nüvə silahı ilə təmin etməkdə ittiham edib.

Sitat.info xəbər verir ki, Putin həmçinin bildirib ki, sözügedən döyüş sursatları Britaniya tərəfindən tədarük edilərsə, Rusiya “cavab verməli olacaq”. Britaniya Kiyevə "Challenger 2" tankları ilə birlikdə tərkibində tükənmiş uran olan zirehli deşici artilleriya mərmilərinin veriləcəyini təsdiqləyib.

Qeyd edək ki, Ötən axşam Rusiya tərəfi 40-a yaxın “Şəhid” tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisini 4 saat ərzində havadan vurmuşdu. Başda paytaxt Kiyev olmaqla 5 şəhər hücumdan zərər çəkib. İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər həyatını itirib, 7 mülki şəxs isə yaralanıb. Ukrayna Rusiyanın Krımda yerləşən Sevastopol hərbi dəniz bazasına hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 3 pilotsuz dəniz gəmisi Sevastopol körfəzinə daxil olmağa cəhd edib.

Məğrur

Sitat.info



Xəbər xətti