Aİ gəmiçilik sektorundan emissiyaları azaltmağa hazırlaşır

14:50 23 Mart 2023

Avropa İttifaqı (Aİ) qurumları kommersiya gəmiləri tərəfindən bərpa olunan yanacağın istifadəsini artırmaqla karbon emissiyalarını azaltmaq barədə razılığa gəliblər.

Sitat.info xəbər verir ki, Avropa Şurası üzv ölkələrlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda dəniz sektorunun karbonsuzlaşması üçün hazırlanan dəniz yanacağı tənzimləməsi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, AB-də dəniz sektorunun karbon izi daha çox bərpa olunan və aşağı karbonlu yanacaqların istifadəsi ilə azalacaq.

Yanacaq təchizatçılarına, gəmilərə və dəniz operatorlarına yeni şərtlərə uyğunlaşmaq üçün kifayət qədər vaxt veriləcək.

Gəmilərdə istifadə olunan yanacağın istixana qazı sıxlığının azaldılması hədəfləri 2035-ci ildən etibarən artırılacaq.

Qeyri-bioloji bərpa olunan yanacaqlardan istifadə təşviq ediləcək.

Sözügedən reqlamentin qüvvəyə minməsi üçün AP və üzv dövlətlər tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti