Lüksemburq "sübut olmadan" TikTok-u qadağan etməyəcək

15:55 23 Mart 2023

Lüksemburqun baş naziri Xavier Bettel, Çin sosial media platforması TikTok-u yalnız "anti-Çin əhval-ruhiyyəsi" üçün qadağan etməyəcəklərini, qadağanı təmin etmək üçün dəlillərə ehtiyac duyduqlarını söyləyib.

Sitat.info xəbər verir ki, Bettel Brüsseldə keçirilən Aİ Liderlər Sammitinə gəlişi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Bir çox ölkədə TikTok tətbiqinə tətbiq edilən məhdudiyyətlər, xüsusən də dövlət məmurları ilə bağlı sualı cavablandıran Bettel bildirib ki, ölkəsinin TikTok-u qadağan etməsi üçün tətbiqin zərərli olduğuna dair sübutlar görməlidirlər.

Bettel, "Sadəcə Çinə düşmən olduğu üçün Çinə yüklənmək istəmədiyini" ifadə edərək: "TikTok-u sırf Çinli olduğu üçün qadağan etmək istəmirəm, amma problemin sübutu varsa, edəcəyəm",-bildirib.

Bettel həmçinin Aİ qurumlarının istifadə etdiyi cihazlarda TikTok-un qadağan edilməsi ilə bağlı Aİ Komissiyasından məlumat istədiyini və hələ də cavab gözlədiyini bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti