Zooparkdan qaçan zebra şəhərə enib

16:10 23 Mart 2023

Cənubi Koreyada zooparkdan qaçaraq yaşayış məntəqəsinə enən zebra nəqliyyatda təhlükəli anlara səbəb olub.

Sitat.info xəbər verir ki, qaçan zebranın tutulması üçün işlərin davam etdiyi bildirilib.

Şəhərin şərqində yerləşən zooparkda yerli vaxtla saat 14:50 radələrində taxta baryeri sındıraraq yaşayış yerində qaçan zebranın şəhərin mərkəzinə enməsi, hərəkətdə olan maşınlara qarışaraq təhlükəli anlara səbəb olub.

Həmin anlar həvəskar kameralara əks olunarkən yanğınsöndürənlər və zoopark rəsmilərinin 2 yaşlı zebraya zərər vermədən tutmaq üçün səylərini davam etdirdiyi öyrənilib.

Məğrur

Sitat.info



Xəbər xətti