Ukrayna: Rusiyanın Baxmutda gücü tükənir

16:20 23 Mart 2023

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski münaqişələrin davam etdiyi Baxmut şəhərində Rusiyanın gücünün tükənməyə başladığını və tezliklə bu fürsətdən yararlanacaqlarını bildirib.

Sitat.info xəbər verir ki, Sirskiy sosial media hesabından verdiyi açıqlamada Rusiyanın “əsgər və texnika itkisinə baxmayaraq” Baxmutu nəyin bahasına olursa-olsun ələ keçirmək ümidindən əl çəkmədiyini bildirib.

Rusiyanın Baxmut istiqamətindəki əsas qüvvələrini Rusiyanın “Vaqner” təhlükəsizlik şirkəti döyüşçülərindən təşkil etdiyinə diqqət çəkən Sirski: “Onlar böyük itkilər verirlər və gücləri tükənir. Biz bir vaxtlar Kiyev, Xarkov, Balakliya və Kupyanskda etdiyimiz kimi bu fürsətdən çox yaxında yararlanacağıq”,-deyə bildirib.

Sirski qeyd edib ki, rus ordusunun fasiləsiz hücumları altında cəbhədəki ukraynalı əsgərlər dözüm, şücaət və qəhrəmanlıq göstərirlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti