ABŞ-ın ilk hicablı hakimi Nadia Kahf and içərək vəzifəsinin icrasına başlayıb. İki yaşında Suriyadan ABŞ-a köçən Nadia Kahf Nyu Cersi qubernatorunun namizədliyini irəli sürdükdən sonra hakim olub.
Sitat.info xəbər verir ki, Vəkil Nadia Kahf ABŞ-da ilk hicablı hakim oldu.
Kahf Nyu Cersi ştatında yeni vəzifəsinə təyin edildikdən sonra nənəsindən miras qalan Qurani-Kərimə əlini basaraq and içib.
Passaic County-də xidmət edəcək 50 yaşlı Kahf: "Mən çox xoşbəxtəm və həm də çox fəxr edirəm",-deyib.
Nadia Kahf 2 yaşında ikən Suriyadan ABŞ-a köçüb.
O, uzun müddət ölkədəki İslam fondlarında işləyib
Kahf ABŞ-da hicab taxan ilk əyalət hakimi olub, lakin o, ilk müsəlman hakim deyil.
ABŞ-ın müxtəlif bölgələrində müsəlman qadın hakimlər fəaliyyət göstərir.
Seymur Bənnayev
Sitat.info