Estoniyanın baş naziri Kaja Kallas, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Rusiyanın öz sərhədlərinə qayıtmalı olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Kallas Aİ-yə üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsi öncəsi mətbuat mənsublarına açıqlamalar verib.
Rusiyanın törətdiyi cinayətlərə görə məhkəmə qurulmalı olduğunu və bu mövzunun əvvəllər də gündəmdə olduğunu bildirən Kallas: "Məsələnin burada da müzakirə olunmasını gözləyirik. Digər tərəfdən, bu, yaxşı bir işarədir. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putinin həbsinə order verib. Bu, liderin törətdiyi cinayətlərdən yaxa qurtara bilməyəcəyini göstərən qərardır”,-deyi bildirib.
Rusiyanın neft gəlirlərinə görə tavan qiymət tətbiq etməsinin vacib olduğunu xatırladan Kallas, sanksiyaların zəifləmədən davam etdirilməsi lazım olduğunu vurğulayıb.
Ukrayna-Rusiya müharibəsində “cinayətkar və qurban” olduğunu izah edən Kallas: "Rusiya öz sərhədlərinə qayıtmalıdır”,-deyib.
Ukraynaya yardımların sürətlə davam etməsi lazım olduğunu vurğulayan Kallas bildirib ki, Ukraynaya sursat və silah göndərilməsi və öz ehtiyatlarımızı dolu saxlamağımız vacibdir. Bu nöqtədə sursat çox əhəmiyyətlidir.
Latviyanın baş naziri Krisjanis Karins də Ukraynanı dəstəkləmək üçün birliyin olduğunu və Ukraynanın milyonlarla sursata ehtiyacı olduğunu bildirib.
Avropanın sənaye istehsal gücünə diqqət çəkən Karins istehsalın artırılmasının lazım olduğunu, həm özlərinə, həm də Ukraynaya kifayət qədər sursat və silah istehsalına sahib olmaları lazım olduğunu vurğulayıb.
Məğrur
Sitat.info