İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

16:53 23 Mart 2023

İordan çayının qərb sahilindəki Tulkərim şəhərində İsrail hərbçilərinin hücumu nəticəsində bir fələstinli həlak olub.

Sitat.info-nun məlumatına görə, şahidlər bildiriblər ki, Tülkərimin Şufa kəndinə basqın edən İsrail əsgərləri 25 yaşlı Ebir İmad Əbu Xədicəni tapança ilə vurub.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, başından güllə yarası alan Əbu Xədicənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Fələstinli Ebir İmad Əbu Xədicə bu ilin Ramazan ayında İsrailin hücumu nəticəsində ölən ilk fələstinli olub.

İsrail qüvvələri son aylar başda Nablus və Cenin olmaqla işğal altındakı İordan çayının qərb sahilinə tez-tez basqınlar təşkil edir və basqınlardan sonra baş verən hadisələr zaman zaman qarşıdurmalara çevrilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti