Fransada kütləvi tətillər və etirazlar başlayır

17:01 23 Mart 2023

Fransa yenidən ümumi tətil və kütləvi etirazlarla üz-üzədir. Pensiya islahatı Milli Məclisdə səsvermə olmadan qəbul edildiyindən küçələrdəki fəallıq dayanmır. Ölkə daxilində bir çox sənaye işçisi işini dayandırır.

Sitat.info xəbər verir ki, Pensiya yaşının 62-dən 64-ə qaldırılmasını ehtiva edən islahata reaksiya gün keçdikcə artmağa davam edir.

Həmkarlar ittifaqlarının çağırışı ilə bu gün bir çox sektorlarda, xüsusən də nəqliyyat və təhsildə çalışan işçilər ümumi tətil keçirirlər.

Qatar və metro xidmətlərindən əlavə, gün ərzində hava limanlarında da fasilələr gözlənilir.

Ölkədə uşaq bağçası və ibtidai sinif müəllimlərinin 40 faizindən çoxu işini tərk edib.

Tətil edənlərin təşkil edəcəyi nümayişlərə 5 mini Parisdə olmaq üzrə cəmi 12 min polis və jandarm təyin edilib.

Ölkə üzrə kütləvi aksiyada 800 min insanın iştirak edəcəyi gözlənilir.

İslahatdan sonrakı rəy sorğusu prezident Makronun sürətlə hakimiyyətini itirdiyini göstərir.

Sorğunun nəticələrinə görə, fransızların 65 faizi Makronun pis prezident olduğunu düşünür.

Respondentlərin 61 faizi Makronun etirazlarla bağlı açıqlamalarının daha çox qəzəb doğuracağını düşünür.

Məğrur

Sitat.info



Xəbər xətti