Kanadada immiqrasiyanın təsiri ilə 2022-ci ildə 1 milyondan çox artan əhali, İkinci Dünya Müharibəsindən sonra "doğum partlayışı"ndan sonra ən yüksək nisbətdə artıb.
Sitat.info xəbər verir ki, Kanadanın "StatCan" milli strategiya agentliyinin açıqladığı məlumatlara görə, ötən il ölkədə əhalinin artımı 1 milyondan çox olub.
Əhali artımının 96 faizi immiqrantların payına düşdüyü halda, ölkə əhalisinin sayı 39,57 milyon nəfərə çatıb.
Bu açıqlanan məlumatların işığında 2,7% əhali artım tempi ilə Kanada G7 ölkələri arasında əhalisi ən sürətlə artan ölkə olub.
Ölkə əhalisinin sonuncu dəfə 1957-ci ildə 3,3 % artdığına diqqət çəkən açıqlamada: "1957-ci ildə rekord əhali artımı, İkinci Dünya Müharibəsindən sonrakı doğum partlayışı və 1956-cı ildə Macarıstanda baş verən inqilabın səbəb olduğu immiqrant axını ilə əlaqədar idi",-deyə bildirib.
Açıqlamada ölkə əhalisinin bu qədər artmasının səbəbinin ölkədə işçi çatışmazlığı səbəbindən baş nazir Castin Trüdonun immiqrasiya yolunu açması ilə bağlı ola biləcəyi bildirilib.
Bu il ölkədə artan beynəlxalq miqrasiyanın səbəblərindən birinin Rusiya-Ukrayna müharibəsi olduğu vurğulanır. Kanada dünyada ən çox ukraynalı qaçqını qəbul edən ikinci ölkədir.
Məğrur
Sitat.info