ABŞ və Çin arasında yüksək gərginlik: ABŞ hərbi gəmisi sərhədi keçib

17:17 23 Mart 2023

Daha bir təhlükəli addım son vaxtlar Çin və Tayvan arasında gərginliyə səbəb olan ABŞ-dan gəldi.

Sitat.info xəbər verir ki, Çin ordusundan verilən açıqlamada, Cənubi Çin dənizindəki ərazi sularına icazəsiz daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisinin çıxarıldığı bildirilib.

Çin ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə aid idarə olunan raket döyüş gəmisi "USS Milius"-un Cənubi Çin dənizindəki Parasel adaları ətrafındakı sulara icazəsiz daxil olduğunu açıqlayıb. Açıqlamada hərbi gəminin izlənildiyi və bölgədən uzaqlaşdırıldığı, ABŞ gəmisinin Çinin ərazi sularına girərək sıx bölgədə sülh və sabitliyi pozduğu bildirilib.

Çinin Cənub Əməliyyat Komandanlığının sözçüsü Tian Junli verdiyi açıqlamada: "Hərəkət Sahəsi Qüvvələri həmişə yüksək hazırlıq vəziyyətində olacaq. Onlar milli suverenliyi və təhlükəsizliyi, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcəklər",- bildirib.

ABŞ donanması Çinin iddialarını təkzib edib. Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada hərbi gəminin Cənubi Çin dənizində adi əməliyyatlar apardığı və ərazidən uzaqlaşdırılmadığı bildirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının bəyanatında deyilir: “Birləşmiş Ştatlar beynəlxalq hüquqa uyğun olaraq harada olursa olsun, uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”.

Məğrur

Sitat.info



Xəbər xətti