Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres: "Müqəddəs Ramazan ayından ilham alaraq hamı üçün daha ədalətli və bərabər bir dünya quraq",-deyib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ramazan ayı münasibətilə videomüraciət yayıb.
Bütün dünya müsəlmanlarına səmimi arzularını bildirən Quterreş Ramazanın düşünmək və öyrənmək ayı olduğunu qeyd edib.
Bəşəriyyətin bu ayda tolerantlıq və mərhəmətlə bir araya gəldiyini bildirən Quterreş BMT-nin missiyasının dialoq, birlik və sülhü yaymaq olduğunu xatırladıb.
Quterreş fikirlərinin münaqişə zonalarında olan, köçkün və bu çətin anlarda əziyyət çəkənlərlə olduğunu bildirib.
Ramazan ayında sülhə, qarşılıqlı hörmətə və həmrəyliyə çağırdığını bildirən Quterreş: "Müqəddəs Ramazan ayından ilham alaraq hamı üçün daha ədalətli və bərabər bir dünya quraq. Ramazan bayramınız mübarək",- deyə bildirib.
Seymur Bənnayev
Sitat.info