Yaponiyada güclü zəlzələ baş verdi

12:43 24 Mart 2023

Yaponiya sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Honsyu adasında yerləşən, təxminən 428 min nəfər əhalisi olan Yokosuka şəhərindən 621 km cənub-şərqdə yerləşib. Təkanların mənbəsi 60 km dərinlikdə olub.

Dağıntı və ya sunami təhlükəsi barədə isə məlumat verilməyib.



Xəbər xətti