London ramazanı belə qarşıladı

12:47 24 Mart 2023

İngiltərənin paytaxtı Londonun ən işlək meydanlarından biri olan Piccadily Circus-un yanında yerləşən Koventri küçəsi ilk dəfə Ramazan işıqları ilə bəzədilib.

Sitat.info xəbər verir ki, şəhərin mühüm turistik yerlərindən biri olan küçə 30 min işıq lampası ilə təchiz edilib. Küçənin başlanğıc nöqtələrində “Ramazanınız mübarək” plakatları asılıb. Şəhərin ilk müsəlman meri Sadik Xan Avropada ilk dəfə bir metropolda asılmış silsilələri yandırıb.

İşıqlandırma konsepsiyası Ramazan ayı haqqında məlumatlılığı yaymaq məqsədi daşıyan "Ramazan Lights UK" qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.

Məğrur

Sitat.info



Xəbər xətti