ABŞ-ın mühüm yəhudi təşkilatlarından biri olan İnkar və Diffamasiyaya Qarşı Liqa (ADL) ölkədə antisemitizm hadisələrinin 2022-ci ildə ən yüksək həddə çatdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, ADL-dən verilən yazılı açıqlamada ABŞ-da 2022-ci ildə 3 min 697 antisemitizm hadisəsinin qeydə alındığı açıqlanıb.
Antisemitizm hadisələrində 2021-ci ilə nisbətən 36% artım olduğuna diqqət çəkilərək, bu artımın ADL-nin qeydlər aparmağa başladığı 1979-cu ildən bəri qeydə alınan "ən yüksək nisbət" olduğu vurğulanıb.
Açıqlamada, antisemitizm hadisələrinin ən çox olduğu əyalət 580 hadisə ilə Nyu-York olub.
Nyu-Yorku 518 hadisə ilə Kaliforniya, 408 hadisə ilə Nyu-Cersi, 269 hadisə ilə Florida və 211 hadisə ilə Texas izləyir.
Bəyanatda həmçinin qeyd olunub ki, sözügedən 5 ştatda baş verənlərin cəmi ABŞ-da baş verənlərin 54%-nə bərabərdir.
ADL-in baş icraçı direktoru (CEO) Conatan Qrinblatt açıqlamasında: “Biz antisemitizm hadisələrinin bu dramatik və tamamilə qəbuledilməz artmasından dərindən narahatıq",-deyib bildirib.
Seymur Bənnayev
Sitat.info