Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib.
Sitat.info xəbər verir ki, Konya təmsilçisi bu barədə rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
Klub İntizam Komitəsi tərəfindən 612 min 500 TL məbləğində cərimələnmələrinə təəccübləndiyini bildirib: "Bunun ədalətdən uzaq olduğu açıq-aydın görünür. Biz bu cəzaları başa düşə bilmirik. Lazımi müraciətimizi Arbitraj Məhkəməsinə təqdim edəcəyik. Sonadək haqlı mübarizəmizi davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın".
Qeyd edək ki, "Konyaspor" Superliqanın XXVI turunda "Qalatasaray"la matçda baş verən insidentlərə görə cərimələnib.