Məscidül-Əqsada 100 min insan cümə namazı qılıb

20:09 24 Mart 2023

Qüdsdə təxminən 100 min insan Ramazan ayının ilk cümə namazını Məscidül-Əqsada qılıb.

Sitat.info xəbər verir ki, Fələstində Ramazan ayının gəlişi ilə ilk cümə namazını qılmaq istəyən müsəlmanlar işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdəki Məscid-i Əqsaya axışıb.

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamada, İsrailin sərt tədbirləri altında təxminən 100 min insanın cümə namazı qıldığı bildirilib.

İsrail İordan çayının qərb sahilindən Qüdsə keçmək istəyən fələstinlilərə qarşı sıx təhlükəsizlik tədbirləri həyata keçirib. İordan çayının qərb sahilindəki çıxışlarda nəzarəti artıran və maneələr quran İsrail qüvvələri Qüdsə getmək istəyən fələstinliləri bir-bir çağırıb. Bəzi fələstinlilərin keçidi İsrail təhlükəsizlik qüvvələri tərəfindən əngəllənib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti