Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya aparılan ukraynalı uşaqların vəziyyəti ilə bağlı konfrans keçiriləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna hökumətinin Rusiyanın minlərlə uşağı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsi ilə bağlı iddialarından sonra Avropa İttifaqı (Aİ) hərəkətə keçib.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen Aİ Liderlər Sammitində bildirib ki, Aİ Rusiyaya qanunsuz aparılan ukraynalı uşaqların geri qaytarılması ilə bağlı konfrans keçirəcək.
Von der Leyen: "Uşaqları ölkədən qovmaq üçün orada baş verənlər tariximizin ən qaranlıq zamanlarından dəhşətli bir xatirədir. Bu, müharibə cinayətidir",-deyib. Von der Leyen uşaqların geri qaytarılmasını təmin etmək üçün Polşanın Baş naziri Mateusz Morawiecki ilə birlikdə çalışacaqlarını bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin ukraynalı uşaqların ölkəyə qeyri-qanuni deportasiyasındakı rolu səbəbi ilə hərbi cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.
Ukrayna hökumətinin açıqladığı məlumatlara görə, 2022-ci il fevralın 24-də müharibə başlayandan bəri 16 200 ukraynalı uşaq qanunsuz olaraq Rusiyaya aparılıb. Bildirilib ki, bu uşaqlardan yalnız 308-i Ukraynaya qaytarılıb.
Məğrur
Sitat.info