İtaliya Sahil Mühafizəsi qrupları Aralıq dənizində iki fərqli əməliyyatda 745 miqrantı xilas edib.
Sitat.info xəbər verir ki, İtaliyaya qeyri-qanuni yollarla daxil olmağa çalışan immiqrantlara qarşı əməliyyatlar davam edir.
İtaliya Sahil Mühafizəsi qrupları dünən Aralıq dənizinin 2 fərqli nöqtəsində qeyri-qanuni immiqrantlara qarşı əməliyyat keçirib.
Reggio Calabria bölgəsinin sahil mühafizəsi ilə koordinasiyada həyata keçirilən ilk əməliyyatda balıqçı gəmisi ilə İtaliyaya girməyə çalışan 295 miqrant xilas edilib. İkinci əməliyyatda isə 450 immiqrant xilas edilib.
Xilasetmə əməliyyatlarına İtaliya Sahil Mühafizəsi qruplarından əlavə, Aİ Sərhəd Mühafizə Agentliyi (Frontex) və 3 ticarət gəmisi də dəstək verib.
Qeyd edək ki, Fevralın 26-da İtaliyada qayıq qəzası nəticəsində 8 nəfər həlak olmuşdu.
Seymur Bənnayev
Sitat.info