ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana məxsus bir kamikadze təyyarəsinin Hasəkədə terror təşkilatı DEAŞ-a qarşı koalisiyaya aid obyektə hücum etdiyini, 1 müqaviləli personalın öldüyünü, 1 müqaviləli və 5 ABŞ əsgərinin yaralandığını açıqlayıb. Hücuma cavab olaraq ABŞ-ın Suriyanın şərqində İran İnqilab Keşikçiləri Ordusuna bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirib.
Sitat.info xəbər verir ki, Pentaqonun verdiyi açıqlamada, dünən yerli vaxtla saat 13:30 radələrində Suriyanın şimal-şərqində Həsəkə yaxınlığında DEAŞ əleyhinə koalisiyaya aid bir texniki xidmət obyektinin intiharçı pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğu açıqlanıb.
Hücumda ABŞ-ın 1 müqaviləli əməkdaşının öldüyü, 5 ABŞ əsgərinin və 1 müqaviləlinin yaralandığı bildirilib. Qeyd edilib ki, yaralanan əsgərlərdən 2-nə hadisə yerində tibbi yardım göstərilib, onlardan 3-ü və müqaviləli heyət İraqdakı koalisiya qüvvələrinin tibb müəssisəsinə aparılıb. Kəşfiyyatın sözügedən pilotsuz uçan aparatının İrana aid olduğunu qiymətləndirdiyi barədə məlumat paylaşılıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin İrana məxsus pilotsuz uçuş aparatı ilə hücumuna cavab olaraq İran İnqilab Keşikçiləri Ordusuna bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirildiyini açıqlayıb.
Məğrur
Sitat.info