ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edib ki, ona qarşı istintaqın bir hissəsi kimi ittiham olunarsa, bu, ölkəyə "ölüm" və "dağıntı" gətirə bilər.
Sitat.info xəbər verir ki, "TruthSocial" adlı sosial media saytında ona qarşı aparılan istintaqla bağlı paylaşım edən keçmiş ABŞ prezidenti Donald Tramp bu ifadələrdən istifadə edib:
“Kim heç bir cinayətin törədilmədiyini bildiyi halda hər hansı birini və ya bu nümunədə olduğu kimi tarixdə istənilən prezidentdən daha çox səsə malik olan və Respublikaçıların prezident seçkilərində (bu günə qədər) əsas namizəd olan ABŞ-ın keçmiş prezidentini ittiham edə bilər, baxmayaraq ki, hamı bunu bilir.
Trump, 18 Martda yenidən sosial media hesabından Manhetten Baş prokuroru Alvin Bragg tərəfindən aparılan istintaq üçün: "Gələn həftə çərşənbə axşamı günü həbs oluna bilərəm",-deyib. O, pərəstişkarlarını ona dəstək olmağa çağırıb. Bu çağırışdan sonra Nyu-York polisi rayon prokurorluğunun binası qarşısında və məhkəmənin qarşısında və Trampın binalarının ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Tramp həmçinin onu araşdıran bütün prokurorların dərhal işdən çıxarılmasını istəyib.
İstintaqda sübutları araşdıran böyük münsiflər heyətinin martın 27-də Trampı təqsirli bilib-bilmədikləri barədə qərar verəcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info