“Demək olar ki, İtaliya Avropa Şurasının nəticələrindən kifayət qədər razıdır”.
Sitat.info xəbər verir ki, bu sözləri dünən və bu gün Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsinin yekununda Meloni sammitin nəticələri haqqında İtaliya mətbuatına açıqlama verərkən bildirib.
Zirvə toplantısında miqrasiya mövzusunun işlənmə tərzində dəyişiklik olduğunu ifadə edən Meloni bildirib: "Ancaq miqrasiya məsələsi Aİ-nin hədəfləri arasında prioritet olaraq qalmaqdadır. Tətbiqin nəticələrinə növbəti Aİ şurası iclasında baxılacaq. Bu onu göstərir ki, bu, birdəfəlik təşəbbüs deyildi. Biz nəticələr əldə etmək üçün çalışırıq”.
ABŞ-dakı iflasları və İsveçrədəki bank böhranını xatırladan Meloni: "Möhkəm təməllərə və sabitliyə malik bir sistemdən danışırıq. Xüsusilə narahat deyiləm",-deyib.
Meloni, daha əvvəl müxtəlif mövzularda, xüsusilə immiqrasiya mövzusunda fikir ayrılığına düşdüyü Fransa prezidenti Emmanuel Makron ilə görüşündən məmnun olduğunu ifadə edərək: “Geopolitik cəbhədəki ssenari və mürəkkəb vəziyyətlə bağlı uzun və əhatəli bir görüş oldu. Əməkdaşlıq istəyi var”,-bildirib.