Litva baş naziri: Rusiya məğlub olmazsa, dayanmayacaq

21:33 24 Mart 2023

Litvanın baş naziri İnqrida Simonyte bildirib ki, Rusiya-Ukrayna müharibəsində qərarlar akademik debatlar əsasında deyil, Rusiya məğlub olmadıqca dayanmayacağına əsaslanmalıdır.

Sitat.info xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən Baltik Hərbi Konfransında çıxış edən Simonyte NATO-nun çəkindirici qüvvə olduğunu bildirib.

Ukrayna ilə Rusiya arasında müharibənin davam etdiyini və bunun regional qarşıdurma olmadığını vurğulayan Simonyte bildirib: "Bu, genişmiqyaslı bir müharibədir. Bizim hərəkətlərimiz bu reallığı əks etdirməlidir. Rusiyanın dayandırılmadıqca dayanmayacağına əsaslanaraq qərarlar verməliyik".

Ukraynanın qələbəsindən başqa alternativin olmadığını, lakin buna nail olmaq üçün Kiyevə lazım olan bütün yardımların təxirə salınmadan çatdırılması lazım olduğuna diqqət çəkən Simonyte aşağıdakı qiymətləndirmələri edib:

"Bu gün yorğunluqdan narahatam. Bu, güllə yağışı altında döyüşən ukraynalı əsgərlərin yorğunluğu deyil, Qərb cəmiyyətlərindəki yorğunluqdur. Barışıq çağırışları və ya qondarma sülh məni narahat edir. Biz siyasətçilər öz fikirlərimizi deməkdən yorulmamalıyıq. Təəssüf ki, sülhə gedən heç bir qısa yol yoxdur. Biz mümkün olan hər şəkildə bir yerdə və güclü olmalıyıq. Biz qətiyyətlə tədbir görməliyik və təslim olmamalıyıq".

Simonyte Baltikyanı ölkələrə xüsusi diqqət yetirməyin zəruriliyini vurğulayaraq, Belarusun faktiki olaraq Rusiyanın bir hissəsi kimi çıxış etdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti