"Ukraynada zəiflədilmiş uran güllələri əhaliyə və kənd təsərrüfatı ixracına mənfi təsir göstərəcək"

21:40 24 Mart 2023

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələri komandanı İqor Kirillov bildirib ki, İngiltərənin göndərməyi planlaşdırdığı zəiflədilmiş uran güllələrindən istifadə edilərsə, kənd təsərrüfatı məhsullarının ixracına və Ukrayna xalqına da mənfi təsir göstərəcək.

Sitat.info xəbər verir ki, Kirillov təşkil etdiyi brifinqdə Böyük Britaniyanın Ukraynaya tərkibində zəiflədilmiş uran olan sursat tədarük edəcəyi ilə bağlı açıqlamasını dəyərləndirib.

Qərbin tükənmiş uran sursatlarından istifadəsinin mənfi nəticələrini yaxşı bildiyini ifadə edən Kirillov, belə sursatların Ukraynada mülki əhalinin və Ukrayna Silahlı Qüvvələrinin üzvlərinin sağlamlığına düzəlməz zərər vuracağını vurğulayıb. Kirillov xatırladıb ki, buna baxmayaraq, Britaniya Ukraynaya bu cür silahlar verməyə hazır olduğunu bildirib.

“Bundan başqa, tərkibində zəiflədilmiş uran olan güllələrdən istifadə edildikdən sonra Ukrayna ərazisində böyük əkin sahələri çirklənəcək, radioaktiv materiallar avtomobillərlə regionun qalan hissəsinə yayılacaq”, - Kirillov bildirib.

Radioaktiv materialların kənd təsərrüfatı sahəsində Ukrayna əhalisi ilə yanaşı iqtisadiyyatına da ziyan vuracağını qeyd edən Kirillov, bu vəziyyətin illər boyu Ukraynadan kənd təsərrüfatı və heyvandarlıq məhsullarının ixracına mənfi təsir göstərəcəyini bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti