ABŞ-da güclü partlayış: ölənlər var - Video

11:16 25 Mart 2023

ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərində yerləşən “R.M. Palmer Company” şokolad fabrikində partlayış olub.

Sitat.info xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Partlayışda azı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib.

Zavoddakı işçilərin dəqiq sayı barədə hələ də məlumat verilməyib.

Partlayış nəticəsində fabrikin binası uçub, qonşu binaya da ziyan dəyib.

Hadisənin başvermə səbəbi müəyyən olunmayıb.



Xəbər xətti