Orlando Bloom Zelenski ilə görüşüb

13:30 27 Mart 2023

Ukraynada səfərdə olan britaniyalı aktyor UNICEF-in xoşməramlı səfiri Orlando Bloom paytaxt Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Sitat.info xəbər verir ki, Ukrayna Prezidentinin ofisindən verilən açıqlamaya görə, UNİCEF-in xoşməramlı səfiri kimi Orlando Bloom ukraynalı uşaqlar üçün humanitar və infrastrukturun yenidən qurulması layihələrini dəstəkləyəcək.  Prioritetlərə, həmçinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün ailə qayğısı sisteminin inkişafı, erkən uşaqlıq dövrünün inkişafı üçün infrastrukturun inkişafı, gənclərin layihə və təşəbbüslərinin yaradılması daxildir. Bildirilib ki, Ukraynaya səfəri zamanı Kiyev və İrpin şəhərlərini, eləcə də Demydiv kəndini ziyarət edən Bloom, Zelenski ilə görüşündə, hərbi əməliyyatlara baxmayaraq güclü qalan ukraynalıların cəsarət və dözümlülüyünün onda heyranlıq yaratdığımı vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti