Şimali Koreya Yapon dənizi istiqamətində iki ballistik raket atıb.
Sitat.info xəbər verir ki, ABŞ və Cənubi Koreyanın bölgədə keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq silah proqramını sürətləndirən Şimali Koreyanın Yapon dənizi istiqamətində 2 ballistik raket atdığı bildirilib.
Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada raketlərin yerli vaxtla saat 07:47 və 07:57 radələrində Şimali Koreyanın qərb sahilindən atıldığı, maksimum 50 kilometr yüksəkliyə çatdığı və təxminən 350 km məsafəni qət etdiyi bildirilib.
Raketlərin ölkənin müstəsna iqtisadi zonası xaricinə düşdüyü öyrənilərkən, ilk təsbitlərə görə bölgədə seyr edən təyyarə və gəmilərə heç bir ziyanın olmadığı açıqlanıb. Cənubi Koreya Baş Qərargahı sınağı təsdiqləsə də, atılan raketlərin qısa mənzilli ballistik raketlər olduğu bildirilib.
Məğrur
Sitat.info