Prezident Ərdoğanın 25 Mart Yunanıstanın milli bayramını qeyd etmək üçün Yunanıstanın baş naziri Miçotakisə yazdığı məktub həm Afinanı təəccübləndirdi, həm də “Görünməmiş inkişaf, buzlar əriyir” kimi başlıqlarla gündəm oldu.
Sitat.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın 25 Mart Yunanıstanın milli bayramı münasibətilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə göndərdiyi təbrik məktubu 6 fevralda baş verən zəlzələdən sonra Türkiyə-Yunanıstan münasibətlərində dəyişən mühitin konkret göstəricisi kimi qiymətləndirilib. Yunanların 1821-ci ildə Osmanlı İmperatorluğuna qarşı üsyanını simvolizə edən 25 Mart milli bayramı münasibətilə bir çox xarici liderlər, o cümlədən ABŞ prezidenti Co Bayden təbrik mesajları göndərsələr də, Afinada ən çox diqqət çəkən prezident Ərdoğanın Miçotakisə, xarici işlər naziri Mövlud Çavuşoğluna təbrik mesajları olub. Onların həmkarı Nikos Dendiasa yazdığı məktublar da müzakirə olunub.
Seymur Bənnayev
Sitat.info