Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq getdiyi barədə məlumatları təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Xatırladaq ki, teleqram kanallarında Putinin Ankaraya səfərinə hazırlıq getdiyi barədə məlumatlar yayılıb.