Rusiya qoşunları Ukraynanın Slavyansk şəhərini raket atəşinə tutub.
“Sitat.info” “Strana”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 29 nəfər isə yaralanıb.
Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenkonun məlumatına görə, Rusiya ordusu şəhərin mərkəzinə iki “S-300” raketi atıb. Nəticədə inzibati və ofis binaları, 5 hündürmərtəbəli bina və 7 fərdi ev dağılıb. Ölənlərin sayının artacağı istisna edilmir.