397-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

17:32 27 Mart 2023

Rusiya müharibənin 397-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 404 təyyarəsi, 226 helikopteri, 3600 PUA-sı, 414 zenit-raket kompleksi, 8421 tank və digər zirehli texnikası, 1074 reaktiv yaylım atəş sistemi, 4447 artilleriya və minaatanı, 9146 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti