İsrailin xaricdəki diplomatik nümayəndəliklərinə martın 27-də ölkədə məhkəmə islahatlarına qarşı keçirilən ümummilli tətilə qoşulmaqla bağlı çağırış edilib.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail səfirlikləri etiraz aksiyasına qoşulacaq və yalnız təxirəsalınmaz xidmətlər göstərəcək. İsrailin ABŞ və Fransadakı səfirlikləri artıq fəaliyyətini dayandırıb.