ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən gün 2024-cü il prezident seçkiləri üçün ilk mitinqini Texas ştatının Vako şəhərində keçirib.
Sitat.info xəbər verir ki, Porno ulduz Stormi Danielsə susdurulması iddiasına görə həbs olunub-olunmayacağı müzakirə mövzusu olan Tramp, ona qarşı aparılan araşdırmaların davaya çevrilmə ehtimalının olmadığını bildirib. Onu araşdıran Nyu York, Vaşinqton və Atlanta prokurorlarını “insan çirki” kimi tənqid edən keçmiş prezident ifritə ovu qurbanı olduğunu bəyan edib.
Trampın mitinq üçün Vako şəhərini seçməsinin də xüsusi mənası var. Vako 1993-cü ildə polisin Branch Davidians fermasında 50 gün davam edən və 86 nəfərin ölümünə səbəb olan basqını ilə xatırlanır ki, bu da ABŞ tarixində vətəndaş müharibəsindən sonra ən qanlı qarşıdurmadır. Mühasirənin 30-cu ildönümündə Vako ifrat sağçı fəallar üçün hökumətin müdaxiləsinə müqavimət simvolu kimi görünür. Tramp çıxışında bu hadisədən bəhs etməsə də, sözçüsü bu şəhərə yalnız nəqliyyatın rahatlığına görə üstünlük verildiyini bildirib.
Məğrur
Sitat.info