Fransada ölkənin bir çox şəhərlərində tətillər, kütləvi etirazlar və zorakılıqlara baxmayaraq, hökumətin mübahisəli pensiya islahatını geri götürməyəcəyi bildirilib.
Sitat.info xəbər verir ki, hökumət sözçüsü Olivier Veran Fransa mətbuatına bildirib ki, islahat etirazlara səbəb olsa da geri çəkilməyəcək. Veran: "Biz zorakılığın ədalətli və ya dözülən bir reaksiya olacağı fikrinə icazə verə bilmərik",- ifadəsini istifadə edərək, icra hakimiyyətinin yenidən təşkil edəcəyi bir yol xəritəsi ilə davam edəcəyini vurğulayıb.
Seymur Bənnayev
Sitat.info