Səhiyyə və Sosial Xidmətlər Naziri Həmzə Yusuf Şotlandiya Regional Hökumətinin Baş naziri seçilib. İlk dəfədir ki, bir müsəlman Şotlandiya Regional Hökumətinin baş naziri seçilir.
Sitat.info xəbər verir ki, Şotlandiya Regional Baş Naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Sturgeon həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verdikdən sonra liderlik yarışında Pakistan əsilli müsəlman Həmzə Yusuf qalib gəlib.
Sturgeon-un istefasından sonra Şotlandiyanın Maliyyə və İqtisadiyyat naziri Keyt Forbes, Səhiyyə və Sosial Xidmətlər Naziri Həmzə Yusuf və keçmiş Sosial Müdafiə Naziri Eş Reqanın SNP-nin növbəti lideri və Şotlandiyanın Regional Baş naziri olmaq üçün liderlik yarışının nəticələri açıqlanıb.
SNP üzvlərinin 13 martda başlayan və 14 gün davam edən səsvermədən sonra 26 min 32 səslə qalib gələn Yusuf partiyanın yeni lideri olub.
Şotlandiyanın Glazgo şəhərində anadan olan Pakistan əsilli 37 yaşlı Həmzə Yusifin sabah Şotlandiya Muxtar Parlamentinin Holyrood şəhərində keçiriləcək səsvermədən sonra Şotlandiyanın regional baş naziri elan ediləcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info