Pakistan Danimarkada Qurani-Kərimə hücumu kəskin şəkildə pisləyir

20:32 27 Mart 2023

Pakistan Xarici İşlər Nazirliyi Danimarkada Qurana hücumu kəskin şəkildə pisləyib və bunu "alçaq" adlandırıb.

Sitat.info xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, bu alçaq və düşünülmüş hərəkətlərin təkrarlanması müsəlmanlara və onların inanclarına qarşı artan nifrət və irqçiliyin narahatedici təzahürüdür.

Açıqlamada hücum şiddətlə pislənilərkən, ifadə azadlığının hər hansı müqəddəs kitabı və ya şəxsi qəsdən ləkələmək üçün maska ​​kimi istifadə edilə bilməyəcəyi qeyd edilib.

Qeyd edək ki, Martın 24-də Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağı və Qurani-Kərimə hücum edilmişdi.

"Patrioterne Gar Live" (Patriots Live) adlı marjinal qrupun təşkil etdiyi təxribat qrupun Facebook hesabında canlı yayımlanmışdı.

Təxribatçılar İslam əleyhinə pankartlar açıb, İslamı təhqir edən şüarlar səsləndirib, Türkiyə bayrağına çirkin hücum etmişdilər.

Məğrur

Sitat.info



Xəbər xətti