Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb ölkələrinin reaksiyası Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək.
Sitat.info xəbər verir ki, Peskov paytaxt Moskvada baş verənlərlə bağlı jurnalistlərə açıqlamalar verib.
Kremlin sözçüsü xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.
Qərb ölkələrinin buna mənfi reaksiya verdiyini qeyd edən Peskov: "Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz", - deyə bildirib.
Keçən il Şimal axını 1 və 2 təbii qaz boru kəmərlərində baş verən partlayışlara işarə edən Peskov: “Məlumatlar kritik infrastruktura qarşı bu genişmiqyaslı təxribat və terror aktının arxasında bəzi dövlətlərin və özəl xidmətlərin olduğunu göstərir”, - deyib.
Peskov qeyd edib ki, Qərb ölkələri bu məsələni bağlamağa çalışır.
Məğrur
Sitat.info