Ukrayna: Rusiyanın Slovyansk şəhərinə raket hücumları nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

20:50 27 Mart 2023

Bu gün səhər saatlarında Rusiya qüvvələrinin Ukraynanın Slovyansk şəhərinə endirdiyi raket hücumları nəticəsində 1 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko sosial media hesabından verdiyi açıqlamada rusların yerli vaxtla saat 10:30 radələrində S-300 raketləri ilə Slovyansk şəhərinə hücum etdiyini bildirib.

“Hücumlar nəticəsində azı bir nəfər həlak olub, 25 nəfər yaralanıb, inzibati və inzibati binalar, 5 mənzil və 7 fərdi yaşayış evi dağıdılıb”, - Kirilenko bildirilib. O, Slovyanskda dağılmış binaların dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Eyni saatda Rusiya ordusunun Drujkovka şəhərinə də raket hücumları həyata keçirdiyini qeyd edən Kirilenko, iki raketlə vurulan evsizlər evinin tamamilə dağıdıldığını bildirib.

Rusiya qüvvələrinin bu gün Avidiyivkaya raket hücumu təşkil etdiyini qeyd edən Kirilenko, hücumlarda bir otel və məhkəmə binasının zərər gördüyünü bildirib.

Bundan əlavə, Kirilenko qeyd edib ki, ruslar gün ərzində Kurahove, Soledar, Zvanivka və digər yaşayış məntəqələrini də bombalayıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti